Line proqramına yeni xüsusiyyət əlavə olundu


Digərləri 21 May 2019 08:11:00 190 0

Line proqramına yeni xüsusiyyət əlavə olundu

Mesajlaşma proqramlarından biri olan "Line"yə 24 saat ərzində aktiv olacaq hekayə xüsusiyyəti əlavə olunur.

Son.az chip.az-a istinadən bildirir ki, yaxın günlərdə istifadəçilər sözü gedən yeniləmə ilə öz hekayələrini mövcud proqramda paylaşa biləcəklər. Yaponiyada və Asiyada ən populyar mesajlaşma proqramı olan "Line" yeniliklər tətbiq edərək istifadəçilərin diqqətini üzərindən çəkməməyə çalışır.

Mesajlaşma Uygulaması Line'a da Hikayeler Özelliği Geliyor ile ilgili görsel sonucu

İlk olaraq "Snapchat"ın tətbiq etdiyi amma sonra digər platformaların özəlləşdirdiyi bu funksiyadan istifadə etməyən proqram qalmadı desək yanılmarıq. Məlum olduğu kimi "WhatsApp", "Facebook", "Messenger" da daxil olmaqla demək olar ki, bütün mesajlaşma proqramları bu xüsusiyyətlə istifadəçiləri sevindirməkdə davam edir.