Sürücü vurduğu sərxoş piyadanı xəstəxanaya çatdırdı


Digərləri 21 May 2019 08:13:00 228 0

Sürücü vurduğu sərxoş piyadanı xəstəxanaya çatdırdı

Bakının Nərimanov rayonu Dərnəgül şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən bildirir ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən, 1958-ci il təvəllüdlü Həsənov Məzahir Əsəd oğlunu vurub.

Şəxsiyyəti hələlik məlum olmayan sürücü yaralını 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Ona üzün və bədənin müxtəıif nahiyələrinin sıyrılmış yarası diaqnozu qoyulub. Vəziyyəti kafi olan M.Həsənov ambulator müalicə üçün evə buraxılıb.

Yaralının içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.