İndoneziyada prezident seçkilərində qalib müəyyənləşib


Dünya 21 May 2019 08:03:00 220 0

İndoneziyada prezident seçkilərində qalib müəyyənləşib

İndoneziyanın hazırkı prezidenti Coko Vidodo ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İndoneziyanın Mərkəzi Seçki Komissiyasının başçısı bəyan edib.

Vidodo ikinci dəfə ölkəyə başçılıq edəcək. Məlumata əsasən, o, 55,5 faiz səs toplayıb, onun yeganə rəqibi - müxalif namizəd Prabovo Subianto isə 44,5 faiz səs toplaya bilib.