Azərbaycan nefti ucuzlaşıb
Digərləri 20 May 2019 23:30:00 222 0
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,97 dollar/barel təşkil edib
Bakı.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,36 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.
Mənbə: az.trend.az