Almaniya 565 deportasiya olunmuş şəxsi 23 reyslə Əfqanıstana göndərib
Dünya 20 May 2019 23:20:00 250 0
2016-cı ilin sonundan bəri Almaniyanın hakimiyyət orqanları tərəfindən sığınacaq hüququndan imtina edilən Əfqanıstan vətəndaşlarının sayı 565 nəfərə çatıb. "İmtina olunan"ların növbəti qrupu tezliklə öz vətənlərinə göndəriləcək.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya Əfqanıstana cəmi 23 təyyarə göndərib. Deportasiya olunan şəxslər vətənə gələndən sonra onların hərəsinə 150 avro verilib.
Beynəlxalq təşkilatlar AFR-in öz üzərinə götürdüyü öhdəliyi pozması ilə müşayiət olunan bu cür "geri qaytarma" praktikasına görə onu tənqid edirlər.
Mənbə: milli.az