Azərbaycanın bikini çempionu: "Porno hara, qantel hara?"


Digərləri 20 May 2019 22:00:00 361 0

Azərbaycanın bikini çempionu: "Porno hara, qantel hara?"

Bakıda bodibildinq və fitness bikini üzrə çempionatın qalibi Salatın Əsədova olub. Son.az baku.ws-ə istinadən xəbər verir ki, ümumilikdə yarışlarda 31 atlet iştirak edib. Fitnes-bikini kateqoriyasında əla fiqura nümayiş etdirərək Salatın Əsədova qalib olub.

Üç qat Azərbaycan bodibildinq və fitnes bikini üzrə çempionu Salatın Əsədova ilə müsahibəni təqdim edirik: 

- Salatın Əsədova kimdir? 

- Salatın Əsədova fitnes müəllimiyəm. 25 yaşım var. Bakıda doğulmuşam, Bakıda yaşayıram. Fitneslə 5 ildir məğul oluram. İlk dəfə 2017-ci ildə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunan bodibildinq və fitnes bikini üzrə çempion oldum. Ondan sonra bu işi özümə sənət olaraq, seçdim. 2 il ara verməyimə baxmayaraq, yenidən qalib olmaq çox xoş hiss idi. 

- Gördüyünüz işin çətinlikləri nədir?

- Əgər normal formadasansa və pis vərdişlərin yoxdursa, bu iş elə də çətin deyil. 2017-ci ildəki çıxışımdn sonra fasilə vermişdim. Az məşq edirdim. Ona görə, bir az çətin oldu. Mütləq dieta saxlamalısan. Dieta ac qalmaq deyil, sadəcə rejimlə və sağlam qidalanmalısan. 


Xəbərə aid fotolar