Əlisi dəli, Vəlisi dəli. NASAnın keçmiş əməkdaşı da Yerin kürə yox, hamar formada olduğunu deyir


Digərləri 20 May 2019 21:11:00 306 0

Əlisi dəli, Vəlisi dəli. NASAnın keçmiş əməkdaşı da Yerin kürə yox, hamar formada olduğunu deyir

Hamar Yer teoriyasının tərəfdaşları hər gün iddialarını sübut etmək üçün yeni faktlar üzə çıxarırlar.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, NASA-nın keçmiş əməkdaşı Metyu Boylannın yeni açıqlamaları isə dünya mətbuatında şok effekti yaradıb. Boylan bildirib ki, agentlikdə fotoların saxtalaşdırılması ilə məşğul olub. Bu fotolarda bizim planetimiz geniş kütləyə kürə formasında təqdim edilib.

Metyu bəyan edir ki, bəşəriyyət hamar Yer planetində yaşayır, planeti kürə formasında təqdim etmək üçün saxta fotolardan istifadə edilir. O, deyir ki, məsələn, Ay zondlarından əldə edilən fotolarda Yerin müxtəlif ölçüləri və xarici görünüşü var. Bundan başqa, 50 il əvvəl əldə edilən kosmik fotolara da diqqət yetirməyi tövsiyə edir. Bu fotolarda planetin üfüqü kürə formasında yox, hamardır. Boylanın fikrinə əsasən, NASA-nın yeganə məqsədi Yerin kürə formasında olmasını təqdim etməkdir. Aya və Marsa uçuş barədə söhbətlər isə nağıldır. Hamar yer qübbə ilə əhatə olunub. Bunun kim tərəfindən, nə vaxt və hansı məqsədlə edildiyini heç kəs bilmir. Orta əsrlərdə isə bunu Tanrının yaratdığını deyirdilər...