Kamil Zeynallı ilə bağlı yeni qalmaqal


Şou-biznes 20 May 2019 21:18:00 280 0

Kamil Zeynallı ilə bağlı yeni qalmaqal

İdmançı Kamil Zeynallı növbəti dəfə məhkəməlik olub. Axşam.az xəbər verir ki, Zeynallı Kamil Heybət oğlu borc müqaviləsinin etibarsız sayılması iddiası ilə məhkəməyə müraciət ünvanlayıb.

İş üzrə cavabdeh müqavilənin imzalandığı Cəfərov Heydər Novruz oğludur. İşlə bağlı ilk iclas iyunun 10-da keçiriləcək.

Bakı Apelyasiya Məhkəməsində işə hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq.

Son.az bildirir ki, bu barədə məlumatı news24.az saytı yayıb. K.Zeynallı xəbər yayımlandıqdan sonra sayt əməkdaşlarını ağır söyüşlərlə təhqir edib. Sayt rəhbərliyi isə Kamil Zeynallını məhkəməyə verməyə hazırlaşdıqlarını bildirib.


Xəbərə aid foto