Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub (FOTO)


Digərləri 20 May 2019 16:57:00 182 0

Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb. ADU-dan Trend-ə verilən məlumata görə, K.Abdulla “Səfir saatı”nda tələbələrlə görüşmək təklifini qəbul edib gəldiyi üçün səfirə təşəkkürünü bildirib. Rektor Azərbaycanda ABŞ səfirinə daim böyük ehtiram və hörmət olduğunu söyləyib. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən universitet rəhbəri multikulturalizm siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 5 ildir fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında danışıb. Ö.Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib. O, ikinci dəfə qonaq olduğu ADU-da xoş münasibətlə qarşılandığına görə şad olduğunu deyib. Səfir Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi, dostluq münasibətləri və ləziz mətbəxinin yüksək təəssürat yaratdığını qeyd edib. Azərbaycan Xaçmaz və Quba rayonlarına səfər edən diplomat digər regionlarda da olmağı arzuladığını dilə gətirib. Hökumət nümayəndələri ilə keçirilən görüşlərdən danışan səfir onlarda ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük istək müşahidə etdiyini diqqətə çatdırıb. Ö.Litzenberqer Bakı Amerika Mərkəzi ilə növbəti anlaşma memorandumunun müddətinin uzadılması ilə bağlı hazırlıq işlərinin getdiyini qeyd edib.