Zelenski Ukrayna Ali Radasını buraxdı


Dünya 20 May 2019 13:42:00 205 0

Zelenski Ukrayna Ali Radasını buraxdı

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ali Radanın buraxıldığını elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə prezidentin andiçmə mərasimindən sonrakı çıxışı zamanı elan olunub.

Ukrayna parlamentinə yeni seçkilərin vaxtı yaxın zamanlarda açıqlanacaq.

Qeyd edək ki, aprelin 21-də prezident seçkilərinin ikinci turunda qalib gəlmiş Vladimir Zelenski aniçmə mərasimi mayın 20-də keçirilib.