Belarus Azərbaycana niyə xal vermədi?


Digərləri 20 May 2019 11:12:00 229 0

Belarus Azərbaycana niyə xal vermədi?

Şənbə günü "Eurovision" mahnı müsabiqəsinin final gecəsində Belarusun Azərbaycana bal verməməsi müzakirələrə səbəb olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hər zaman yarışma nümayəndələrimizin çıxışını yüksək xalla qiymətləndirən ölkə bu dəfə Çingizə sıfır verib. Belarus münsifləri təkcə Azərbaycana yox, qonşu Rusiyaya da bal verməyib.  

Daha sonra məlum olub ki, jürilər Avropa Yayım Birliyinin (EBU) qaydalarını pozublar. Belə ki, onlar yarımfinallardan sonra bir çox mətbuat nümayəndəsinə açıqlama verərək bal verdikləri ölkələrin adlarını deyiblər. 

Final günü qayda pozan münsiflər heyətində dəyişiklik edilib, onların verdiyi ballar siyahıda ən az xal gələn ölkələr arasında bölüşdürülüb, ən yüksək 12 bal isə ev sahibi İsrailə göndərilib. EBU məlumatı təsdiq edib. 


Xəbərə aid fotolar