İki ailə arasında qanlı toqquşma: 6 ölü


Dünya 20 May 2019 07:21:00 217 0

İki ailə arasında qanlı toqquşma: 6 ölü

Türkiyənin Qars bölgəsində torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Son.az oxu.az-a istinadən bildirir ki, qətllər avtomat silahla törədilib.

Hadisə Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub, kəndə giriş-çıxış qadağan edilib.