Vazelini kirpiklərinizə sürtün və...


Digərləri 19 May 2019 22:04:00 252 0

Vazelini kirpiklərinizə sürtün və...

Vazelin dəriyə qulluq vasitələri arasında ən faydalı kremlərdən biridir. Son.az lent.az-a istinadən həm gözəllik üçün, həm də həyat şərtlərinizi asanlaşdırmaq üçün vazelinin müxtəlif istifadə yolları barədə məlumat verir.

- Təraşdan sonra dərini yumşaldır.

- Dodaqları yumşaq edir və parlaq göstərir.

- Günəşdə yanmayan nahiyələrinizə, xüsusilə, dizlərinizin arxasına və biləklərinizin içinə sürtsəniz, aradakı rəng fərqini bağlayacaq.

- Qaşlara sürtdükdə dərini yumşaldır və onları daha ağrısız şəkildə ala bilərsiniz.

- Kirpiklərin böyüməsinə kömək edir. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

- Quru dəriyə sürtdükdə dərhal təsirini göstərir.

- Saçlarınızı boyayarkən saçınızla alnınızın birləşdiyi yerə sürtün, beləliklə, boya üzünüzdə iz buraxmayacaq.

- Quru və çatlamış dirsəkləri yumşaldır.