Yeni Kaledoniya sahillərində 6,7 bal gücündə zəlzələ olub


Digərləri 19 May 2019 20:50:00 181 0

Yeni Kaledoniya sahillərində 6,7 bal gücündə zəlzələ olub

Yeni Kaledoniya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib

Bakı. Yeni Kaledoniya sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə 14:56 qeydə alınan yeraltı təkanların episentri Todin şəhərindən 168 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.