Prezident vitsekanslerin qalmaqallı videosundan danışdı: “Biabırçılıqdır...”


Dünya 19 May 2019 16:43:00 221 0

Prezident vitsekanslerin qalmaqallı videosundan danışdı: “Biabırçılıqdır...”

Avstriyanın federal prezidenti Aleksander Van der Bellen vitse-kansler Haynts-Kristian Ştraxenin iştirakı ilə yayılan video görüntüləri şərh edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident həmin görüntüləri biabırçılıq adlandırıb.

"Bu, biabırçı kadrlardır. Mən dəqiq deyirəm ki, biz belə deyilik, Avstriya belə deyil" deyə Van der Bellen sosial şəbəkələrdə yayılan görüntüləri şərh edərkən deyib. 

Avstriya prezidenti qeyd edib ki, baş nazir Kurtsla növbədənkənar seçkiləri müzakirə edib. Van der Bellenin sözlərinə görə, sabahkı görüşdə kanslerlə növbəti atılacaq addımları razılaşdıracaq: "İndi etibarın bərpası üçün lazım olanı etməliyik".