Rusiya Avropa çempionatında növbəti qızıl medalını qazanıb


Digərləri 19 May 2019 15:47:49 224 0

Rusiya Avropa çempionatında növbəti qızıl medalını qazanıb

Rusiyalı gimnast Diana Averina bədii gimnastika üzrə Avropa çempionatının halqa ilə hərəkətlərdə qızıl medal qazanıb

Bakı. Cani Babayeva - Rusiyalı gimnast Diana Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının halqa ilə hərəkətlərdə qızıl medal qazanıb. Trend-in məlumatına görə, D.Averina 23.300 bal toplayıb. Gümüş medalı Belarus idmançısı Ekaterina Qalkina (21.150 bal), bürünc medalı isə İsrailli gimnast Nikol Zelikman (20.950 bal) qazanıb. Azərbaycan gimnastı Zöhrə Ağamirova 19.875 bal ilə altıncı yeri tutub. Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb. Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).