Dünyanın ən yaşlı əri vəfat etdi


Digərləri 19 May 2019 10:37:00 216 0

Dünyanın ən yaşlı əri vəfat etdi

Yaponiyada dünyanın ən yaşlı cütlüyünün üzvlərindən biri Masao Matsumomto Takamatsu şəhərində vəfat edib. Ümümilikdə cütlüyün 210-dan çox yaşı var idi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Kyodo" agentliyi xəbər verir.

108 yaşlı kişinin ölümünə səbəb ürək çatışmazlığı olub.

Həmin vaxta qədər Masao və həyat yoldaşı Miyako 81 il 201 gün birlikdə yaşayıb.