"İran təzyiq altında ABŞla danışıqlara başlamayacaq"


Dünya 19 May 2019 09:31:00 238 0

"İran təzyiq altında ABŞla danışıqlara başlamayacaq"

İran təzyiq altında ABŞ-la danışıqlara başlamayacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani Tehranda ziyalılarla görüşündə deyib.

H.Ruhani bildirib: "Biz təzyiq və təhdidlər şəraitində danışıqlar masasına oturmayacağıq. Bəli, iranlılar danışıqlar məntiqinin tərəfdarıdırlar, lakin düşmən tərəf bizə - sizi danışıqlar masasına oturdacağam deyirsə, biz bütün dünya bizə qaşı olsa belə, bu lovğalığın qarşısında boyun əymərik".

İran prezidentinin sözlərinə görə, Birləşmiş Ştatların dünyada müttəfiqləri çox deyil.