Gələcək həyat yoldaşını seçən zaman vasvası olmayın


Digərləri 18 May 2019 22:10:00 239 0

Gələcək həyat yoldaşını seçən zaman vasvası olmayın

Dinimiz biz müsəlmanlara evliliyi mühüm bir əməl kimi buyurmuşdur. Ona görə də hər bir müsəlman çalışmalıdır ki, müəyyən yaş həddinə çatan zaman ailə qursun.

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq çox təəssüf ki, müasir zamanda bu mövzu daha da qəlizləşmişdir. İnsanlar bir-birinə etimad etmir və tez ailə qurmaqdan çəkinirlər. Bu sahədə vəsvəsə edir və sonra da yaşlarının 35-ə, 40-a çatdığını dərk edirlər.

Hər bir insan ailə həyatı qurmaq istəyən zaman müəyyən meyarlar təyin edər və onlara uyğun birini tapmağa çalışar. Ancaq bəzən bu meyarlar insan həyatında ikinci sırada qərar tutmalıdır. Evlilik zamanı insan üçün mühüm olan meyarlar bunlardır:

- Dəyər sistemi eyni olmalıdır.

- Mənəvi baxışları analoji olmalıdır.

- Xasiyyətləri uyğun gəlmələdir. Şərt deyil ki, eyni xasiyyətli olsunlar. Amma ümumi uyğunluq, bir-birlərini tamamlama - mühüm mövzulardır.

- Zahirləri bir-birinə uyğun olmalıdır. Əlbəttə ki, burada simpatiya mühüm rol oynayır.

- Yaş fərqi nə həddən artıq az və nə də həddən artıq çox olmalıdır. Əlbəttə ki, bu, universal qayda deyil.

- Hər ikisi eyni təhsil səviyyəsində olmalıdır. Təbii ki, bunun əlahiddə vacibliyi yoxdur. Əsas odur ki, bir-birlərini başa düşsünlər, maraq mövzuları uyğun olsun.

- Dinləri və məzhəbləri eyni olmalıdır.

- Dünyagörüşləri, həyata baxışları yaxın olmalıdır.

- Bir-birlərinə güzəştə getməyə hazırlıqları olmalıdır.