Soçinin hava limanından insanlar təxliyə edildi


Dünya 18 May 2019 21:52:00 233 0

Soçinin hava limanından insanlar təxliyə edildi

Soçi Beynəlxalq Hava Limanınından insanlar təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, insanların təxliyəsinə səbəb partlayıcı qurğu haqqında daxil olan məlumatlar olub.

Qeyd edilir ki, hava limanının ərazisində partlayıcı qurğunun olması barədə məlumat elektron poçt vasitəsi ilə daxil olub.

Bildirilir ki, bina operativ xidmətlər tərəfindən yoxlanılır.