Bu ölkə neft nəhəngi olmağa hazırlaşır


Dünya 18 May 2019 16:36:00 192 0

Bu ölkə neft nəhəngi olmağa hazırlaşır

Argentina hökuməti 13 neft şirkətinə ölkədə neft və qaz axtarışı aparmasına izn verib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı ölkənin Maliyyə Nazirliyi yayıb. Axtarışın ümumilikdə 225 min kvadrat metr ərazidə aparılacağı bildirilib.

Buenos-Ayresin neft və qaz axtarışına izn verdiyi kompaniyalar arasında yerli YPF, "Tecpetrol", "Pluspetrol" şirkətləri, Norveçin "Equinor", Qətərin "Qatar Petroleum", ABŞ-ın "ExxonMobil", Fransanın "Total", Niderlandın "Shell", Almaniyanın "Wintershall", Britaniyanın BP, İrlandiyanın "Tullow", Yaponiyanın "Mitsui" və İtaliyanın "Eni" şirkəti yer alıb. Kompaniyalara dərin sularda kəşfiyyat aparmaq üçün 13, sahilyanı ərazi üçün isə 11 il vaxt verilib.