Röya: "Müğənniyə savadsız deyənlər, gedib arıqlasın"


Şou-biznes 18 May 2019 12:19:00 207 0

Röya: "Müğənniyə savadsız deyənlər, gedib arıqlasın"

"Buradan uzaqlaşmağımın səbəbi qara işlərdə olmamaqdır. Kimdənsə, nəsə soruşanda deyirəm ki, mən olsam, daha betər cavab verərdim. İyrəncliklər baş verir".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "5/5" verilişinə qonaq olarkən deyib. Şou-biznesdən danışan müğənni efirləri pisləyib:

"Bizim vaxtımızda hər şey başqa idi. İndi başqalaşıb. Heç kimin xətrinə dəymək istəmirəm. Amma efir ucuz görünür. Hamınız bunu bilin. Eyni adamlar hər kəsi bezdirib. Bu gün sən, sabah başqası onu dəvət edir. Başa düşdük onlar istəyirlər. Ancaq özünə pul xərcləyən həmin adamlar da bilsinlər ki, necə xərcləməlidir. Ayda bir dəfə gəlsin və daha yaxşı formada.

İki kanala və iki Zaurun (Zaur Kamal və Zaur Baxşəliyev - red.) verilişinə gedirəm. Özümü bunlarda yaxşı hiss edirəm. Hər iki tərəfimi göstərəcəyim yeri sevirəm. Məni hər gün çağırma".

Röya müğənnilərə savadsız deyilməsi mövzusuna da toxunub: