Ukraynada bankda qumbara partladılıb


Dünya 18 May 2019 09:34:00 222 0

Ukraynada bankda qumbara partladılıb

Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla, altı nəfər xəsarət alıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Partlayışı törədən hadisə yerində ölüb. Beş mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yaralılardan ikisi bankın əməkdaşlarıdır.