Tramp: Çin hakimiyyəti ticarət sazişini pozub


Dünya 18 May 2019 07:45:00 233 0

Tramp: Çin hakimiyyəti ticarət sazişini pozub

ABŞ və Çin faktiki olaraq ticarət sazişi imzalayıblar, lakin Çin hakimiyyəti onun şərtlərini pozub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Milli Əmlakçılar Birliyinin mətbuat konfrasında çıxışı zamanı bildirib.

D.Tramp deyib: "Faktiki olaraq əlimizdə saziş var idi, amma onlar [Çin] onu pozub. Mən buna alışmışam, özüm dəfələrlə bunu etmişəm".