Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar


Digərləri 17 May 2019 23:58:00 384 0

Gözəl və qalın saçlar üçün ZEYTUN YAĞI ilə maskalar

Saçların daha gözəl və sağlam olması üçün mütləq maskalardan istifadə etmək lazımdır. Belə maskaları ev şəraitində ən əlçatan məhsullardan hazırlamaq mümkündür.

Mütəxəssislər ev şəraitində zeytun yağı ilə maskalardan istifadə etməyi tövsiyə edirlər. Zeytun yağı bütün dünyada ən faydalı məhsullardan biri sayılır. Zeytun yağının tərkibində olan faydalı maddələr saçları qidalandırır, daha sağlam və möhkəm edir, uzanmasını sürətləndirir.

Son.az saglamolun.az-a istinadən zeytun yağı ilə bir neçə maska reseptini təqdim edir:

1. 2 x.q. təbii zeytun yağını su hamamında bir qədər qızdırın, ona 2 x.q. alma sirkəsi və 1 yumurtanın sarısını əlavə edib yaxşı qarışdırın. Maskanı saçların köklərinə çəkib 1 saat saxlayın, sonra yaxşı yuyun. Maska saçları qidalandırır, güclü və parlaq edir.

2. 2 x.q. zeytun yağını 1 ç.q. xardalla qarışdırıb saçlarınıza çəkin. 30-40 dəqiqədən sonra saçınızı yuyun. Bu maska saçların uzanmasını sürətləndirir.