BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilib


Digərləri 17 May 2019 20:47:57 343 0

BDU-nun Himayəçilər Şurasının ilk iclası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, iclasda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov və Himayəçilər Şurasının üzvləri iştirak edib. C.Bayramov elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəldilməsi, ona əlavə dəstək verilməsi məqsədi ilə yaradılan Himayəçilər Şurasının fəaliyyət istiqamətləri barədə məlumat verib. C.Bayramov universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı olan və ali təhsil müəssisəsinin inkişafına yardım edən Himayəçilər Şurasının ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirib. Nazir qeyd edib ki, Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və Nizamnamə ilə müəyyən edilir. Nazir bu təhsil müəssisəsində tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılacağını diqqətə çatdırıb. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Himayəçilər Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər.