Bankdan Zülfiyyə Xanbabayeva ilə bağlı açıqlama


Şou-biznes 17 May 2019 19:19:00 259 0

Bankdan Zülfiyyə Xanbabayeva ilə bağlı açıqlama

"Zülfiyyə Xanbabayeva ilə bağlı yayılan və bankımızın adı hallanan məlumatlar həqiqəti əks etdirmir".

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri "Bank Of Baku"nun Reklam və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Gülşən Cumayeva məlumat yayıb.

O bildirib ki, "Bank of Baku"nun Zülfiyyə Xanbabayevanı məhməkəyə verməsi, həmçinin evini əlindən alması ilə bağlı yayılmış xəbər həqiqəti əks etdirmir:

"Xəbərdə qeyd edilən iddialar heç bir əsası olmayan, tamamilə yanlış məlumatdır. Zülfiyyə xanımın bankımızda heç bir kredit öhdəliyi yoxdur.

Yanlış xəbəri tirajlayan media nümayəndələrindən məlumatı təkzib etmələri və bu kimi məlumatları yaymazdan öncə daha diqqətli olmaları, məsul şəxslərlə əlaqə saxlayıb dəqiqləşdirmə aparmaları xahiş olunur".