Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər?


Digərləri 17 May 2019 18:57:00 227 0

Qəbuldan kəsilənlər də ali təhsil ala biləcəklər?

Tələbə olmaq, ali məktəbə qəbul olmaq əksər gəncin arzusudur. Amma, bəzən abituriyentlərin ali məktəbə qəbul imtahanında az bal yığması bu arzunun reallaşmasına imkan vermir. Bu baxımdan ali məktəblərdə hazırlıq qrupları yaradılır.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

2017-ci ildə Təhsil haqqında qanuna edilən dəyişikliyə görə, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması nəzərdə tutulub.

Bu ildən fəaliyyət göstərəcək hazırlıq qruplarına ali məktəblərə qəbul imtahanlarında keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçiminə buraxılmayan abituriyentlər qəbul ediləcək.

Kamran Əsədov - Təhsil Eksperti: "Burda təhsil 1 ildir. Hazırlıq qrupunda oxuyan şəxslər tələbə adına, tələbə hüququna malik deyil. Onlar təhsil aldıqları müddətdə hərbi xidmətdən möhlət hüququna malikdilər".

Hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Məqsəd belə ali təhsil müəssisələrində yaranan boşluğu aradan qaldırmaqdır.

Kamran Əsədov - Təhsil Eksperti: "Onlar təhsilllərini başa vurduqdan sonra birbaşa universitetə qəbul olmaq hüququna malik olmayacaqlar. Onlar 1 il təhsil aldıqları müddətdə əldə etdikləri bilik-bacarıqlardan yekunda buraxılışı imtahanı verəcəklər. Əgər buraxılış imtahanının nəticəsi müsbət olacaqsa, onlar yalnız təhsil aldıqları ixtisas üzrə 1-ci kurs tələbəsi olacaqlar".

Hazırlıq qruplarında təhsil almaq ödənişlidir.


Xəbərə aid foto