İTVdən bayraq açıqlaması


Digərləri 17 May 2019 18:39:00 213 0

İTVdən bayraq açıqlaması

Dünən İsraildə baş tutan "Eurovision"un ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması tənqidlərə səbəb olub. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri bu səhvə görə, Azərbaycan nümayəndə heyətini qınayıb. 

İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin aparıcı mütəxəssisi Fikrət Doluxanov məsələyə münasibət bildirib:

"Təxribat olub-olmadığını dəqiq bilmirik. Faktiki olaraq təşkilatçıların səhvidir. Biz bayrağın tərsinə qoyulmasını görəndən dərhal sonra Hüsniyyə Məhərrəmova və Çingiz Mustafayeva məlumat verdik. Onlar tədbir gördülər".