ABŞda alliqator aviabazaya daxil oldu


Dünya 17 May 2019 17:34:00 199 0

ABŞda alliqator aviabazaya daxil oldu

ABŞ-ın Florida ştatında alliqator hərbi aviabazanın ərazisinə daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə ilə əlaqədar bazanın uçuş-eniş zolağı bir müddət bağlı qalıb.

Daha sonra alliqator ekskavator vasitəsilə qaldırılaraq yaxınlıqdakı su hövzəsinə yerləşdirilib.

Alliqator uzaqlaşdırıldıqdan sonra aviabaza işini bərpa edib.