“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək (FOTO)


Digərləri 17 May 2019 17:20:00 175 0

“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək (FOTO)

Bakcell şirkəti eşitmə məhdudiyyətli gənclər arasında keçirilən futzal üzrə ənənəvi “Yaz turniri”nə növbəti dəfə dəstək göstərib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti eşitmə məhdudiyyətli gənclər arasında keçirilən futzal üzrə ənənəvi “Yaz turniri”nə növbəti dəfə dəstək göstərib. Bakcell şirkətindən Trend-ə verilən məlumata görə, AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman sarayında keçirilmiş futzal turnirində “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları mübarizə aparıb. Turnirin nəticəsi olaraq, “Azəri” komandası birinci, “Şimşək” komandası ikinci, “Zirvə” komandası isə üçüncü yeri tutub. “Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, “Şimşək”dən Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub. Özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərməyə və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirməyə davam edəcək. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.