Avropa liqasının finalında metro gecə saat 04:00-a qədər işləyəcək


Digərləri 17 May 2019 15:42:00 179 0

Avropa liqasının finalında metro gecə saat 04:00-a qədər işləyəcək

Metropoliten mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.

Bakı. Samir Əli - Bakı Metropoliteninin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub: