Rabitəbank ilk 24/7 filialının açılışını etdi!


Digərləri 17 May 2019 15:30:00 296 0

Rabitəbank ilk 24/7 filialının açılışını etdi!

Ölkənin ən qabaqcıl banklarından biri olan Rabitəbank, daha bir filialının ünvanını dəyişməklə yanaşı, şəhərin mərkəzində 24/7 rejiminə keçərək, müştərilər üçün xidmət səviyyəsini artırdı.

Bakı şəhəri, Bülbül prospekti, 30. ünvanında yerləşən (Heydər Əliyev adına Sarayın yanı) Rabitəbankın yeni Nəsimi filialı, rahat və standartlara uyğun olan geniş məkanla, ilk dəfə olaraq həftənin yeddi günü, 24 saat olmaqla müştərilərin xidmətindədir. Müştərilər istənilən bank əməliyyatını, bankın xidmət və məhsullarını günün istənilən vaxtında əldə edə biləcəklər.

Qeyd edək ki, Nəsimi filialı 2003-ci ildən etibarən fəaliyyət göstərir və xidmət səviyyəsini artırmaq məqsədi ilə, ünvanını dəyişib.


Xəbərə aid fotolar