Deputat radarlarla bağlı təkliflə çıxış edib


Digərləri 17 May 2019 13:40:00 238 0

Deputat radarlarla bağlı təkliflə çıxış edib

“Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır.

Bakı. Elçin Mehdiyev - “Yol hərəkəti haqqında” qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə məsələyə yeni yanaşma olmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və “Notariat haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, təhlükəsizliyi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq: “Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olan halda vətəndaşın üzərində sürücülük vəsiqəsinin olub-olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər”. H.Babaoğlunun fikrincə, “Yol hərəkəti haqqında” qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmalıdır: