Qida Təhlükəsizliyi Agentliyi istirahət zonalarında monitorinqlər keçirir


Digərləri 17 May 2019 13:35:00 183 0

Qida Təhlükəsizliyi Agentliyi istirahət zonalarında monitorinqlər keçirir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) ilə birlikdə istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində monitorinqlər həyata keçirir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycan Dövlət Turizm Agentliyi (ADTA) ilə birlikdə istirahət zonalarında qida təhlükəsizliyinə nəzarət tədbirləri çərçivəsində monitorinqlər həyata keçirir. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, yay mövsümü ilə əlaqədar həyata keçirilən tədbirlərin məqsədi istehlakçıları sağlam qida ilə təmin etməkdir: "Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutunun ekspertləri tərəfindən istirahət zonalarında nəzarət tədbirləri həyata keçirilir ki, istehlakçılarımız sağlam qida ilə təmin oluna bilsinlər. Ümumilikdə isə qida təhlükəsizliyi ilə bağlı hər mövsümə uyğun spesifik tədbirlər planı icra edilir".