"Taliban"ı vurmaq istədilər, səhv oldu - 17 polis öldü


Digərləri 17 May 2019 13:13:00 216 0

"Taliban"ı vurmaq istədilər, səhv oldu - 17 polis öldü

Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.

Bakı. Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb. Trend-in məlumatına görə, Gilmənd vlayətində "Taliban" terror təşkilatı ilə mübarizə çərçivəsində silahlı birləşmələri məhv etmək planında yanlışlığa yol verilib. Səhv hücumlar nəticəsində daha 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı bildirilir. Aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri və ya koalisiya qüvvələri tərəfindən endirildiyi hələ məlum deyil.