Azərbaycan Sənaye Korporasiyası “Caspian Agro” sərgisində iştirak edib


Digərləri 17 May 2019 12:27:41 226 0

Azərbaycan Sənaye Korporasiyası “Caspian Agro” sərgisində iştirak edib

May ayının 15-17 tarixlərində Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi keçirilir

Bakı. May ayının 15-17 tarixlərində Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgisi keçirilir. Dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən sərgidə “Azərbaycan Sənaye Korporasiyası” ASC də iştirak edir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC bu sərgidə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, “ASK Heyvandarlıq” MMC və “ASK Şəki Şərab” zavodu ilə təmsil olunurdu. Bu müəssisələr ölkənin aqrar sahəsində xüsusi çəkiyə malik olmaqla, müvafiq istiqamətlər üzrə məhsul istehsalını həyata keçirir, onalrın fəaliyyətləri 20-dən çox rayonu əhatə edir və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində minlərlə fermerə dəstək göstərirlər. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı, Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya, İtaliya, Türkiyə, Şri-Lanka, Gürcüstan, Niderland Krallığı və digər ölkələri təmsil edən şirkətlər də iştirak edib. Ənənəvi olaraq sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da təmsil olunub.