Naməlum heyvanın qalıqları tapıldı


Digərləri 17 May 2019 10:29:00 337 0

Naməlum heyvanın qalıqları tapıldı

ABŞ-ın Florida ştatında yaşayan Kelli Qrraxan evinin yaxınlığında naməlum heyvanın qalıqlarını tapıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, naməlum heyvanın baş forması və dişləri itə bənzəyir. Amma quyruğu və qəribə pəncələri isə başqa heyvan olduğundan xəbər verir. Naməlum heyvanın uzunluğu 50 sm-dir.

Kelli sevgilisi ilə birlikdə naməlum heyvanın fotolarını çəkib internetə yükləyiblər. Bəziləri bunun koyota, bəziləri komod varanına bənzədiblər. Opossuma və əfsanəvi çupakabra bənzədənlər də tapılıb. 

Qrraxan və onun sevgilisi fotoları vəhşi təbiətin mühafizəsi idarəsinə də göndəriblər. Ekspertlərin fikrinə əsasən, bu, hansısa hibrid və ya mutant heyvanın qalıqlarıdır.


Xəbərə aid fotolar