Bakıda fərdi yaşayış evləri sənədləşdiriləcək


Digərləri 17 May 2019 09:47:00 235 0

Bakıda fərdi yaşayış evləri sənədləşdiriləcək

Bakıda fərdi yaşayış evlərinin sənədləşdirilməsi işçi qrup yaradılıb.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bunu Binəqədi rayonunda sakinlərlə görüşündə deyib.

İcra başçısı deyib ki, evlərin sənədləşmə işlərini bir anda həll etmək mümkün deyil:

"Bu problem on illiklərdən bəri yığılıb qalmış problemdir. Ölkə başçisı bu problemin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Tərəfimizdən işçi qrup yaradılıb və Bakı şəhərinin bütün qəsəbələrinin sakinlərini narahat edən bu məsələnin həlli üçün əlaqədar qurumlarla birgə işlər aparılır. Tikilən evlərin sənədləşmə prosesində bir sıra əlavə problemlər ucbatından bu işləri bir anda həll etmək mümkün deyildir, vaxt tələb olunur. Hər halda məsələ nəzarətdə saxlanılır".