Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək


Digərləri 17 May 2019 09:16:59 220 0

Azərbaycanda peşə məktəblərində oxuyanlara dərsliklər pulsuz veriləcək

Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda peşə təhsil müəssisələri pulsuz dərsliklərlə təmin ediləcək. Trend-in məlumatına görə, bununla bağlı "Təhsil haqqında" qanuna dəyişikliklər edilir. Bu dəyişikliklərə əsasən, dövlət və bələdiyyə ümumi təhsil peşə təhsili müəssisələrində dərsliklərlə pulsuz təmin olunacaq. Bu, peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək.