Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib


Dünya 17 May 2019 08:28:00 221 0

Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib

ABŞ prezidenti Donald Tramp öz ölkəsinin Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın Konqressə göndərdiyi bildirişdə deyilir.

Bildirişdə deyilir: "Mən qərara gəldim ki, onun iqtisadi inkifına əsaslanaraq mayın 17-dən Türkiyənin inkişafda olan ölkə-resipient statusuna yekun vermək lazımdır".

Xatırladaq ki, bu qərarı qəbul etmək niyyətini D.Tramp mart ayında bəyan etmişdi.