Pinqvin hər il 8 min kilometr məsafə qət edir, xilaskarı ilə görüşür FOTO


Digərləri 17 May 2019 05:30:00 203 0

Pinqvin hər il 8 min kilometr məsafə qət edir, xilaskarı ilə görüşür  FOTO

Təqaüddə olan 72 yaşlı Joao Pereyra indi balıqçılıqla məşğul olur.

Son.az ölkə.az-a istinadən bildirir ki, artıq bir neçə ildir ki, Joao hər il iyun ayında Rio-de-Janeyro yaxınlığındakı çimərliyə gəlir. 72 yaşlı balıqçı qumluğa uzanaraq Din-Dim adlı pinqvinin üzərək gəlməyini gözləyir.

2011-ci ildə Joao təsadüfən sahildə aclıqdan ölən Magellan pinqvini tapır. Balıqçı pinqvini evə aparır və Din-Dim adlandırır. Bir həftə o, pinqvinin tüklərindəki nefti təmizləyir. Joao Din-Dimi hər gün balıqla yemləyir. Pinqvin sağaldıqdan sonra balıqçı onu azadlığa buraxır və nə vaxtsa görəcəyini də heç düşünmür.

Din-Dim bir neçə ay sonra geri qayıdır və xilaskarını taparaq onun evinə gedir. İndi pinqvin ilin 8 ayını Joao ilə birlikdə keçirir. 4 ay isə Argentina və Çili sahillərində yaşayır. Hər il balıqçını görmək üçün isə Din-Dim 8046 km məsafə qət edir.


Xəbərə aid fotolar