Qadını maşın vurdu,


Digərləri 16 May 2019 20:20:00 242 0

Qadını maşın vurdu,

Gəncə şəhəri İmamzadə yolunda qadını avtomobil vuraraq öldürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Hərəkətdə olan "Toyota" markalı avtomobil təxminən 30-35 yaşlarında olan qadını vurub. Sürücü qadını xəstəxanaya aparsa da, onu xilas etmək mümkün olmayıb.

Hazırda qadının kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.