Ukraynalı tamaşaçı: Gimnastika arenası çox xoşuma gəldi


Digərləri 16 May 2019 18:55:58 198 0

Ukraynalı tamaşaçı: Gimnastika arenası çox xoşuma gəldi

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatını izləməkdən məmnunam

Bakı. Cani Babayeva - Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatını izləməkdən məmnunam. Bunu Trend-ə ukraynalı tamaşaçı Natalya Vlasenko deyib. O, Kiyevdən gəldiyini bildirib: “Bakıya ilk dəfə gəlmişəm. Avropa çempionatında öz komandamıza azarkeşlik edirəm. Gimnastika arenası çox xoşuma gəldi. Şəhər gözəldir, insanlar mehribandır”. N.Vlasenko vurğulayıb ki, bütün ölkələrdən olan gimnastların çıxışlarını maraqla izləyir: “Əlbəttə, bütün gimnastların çıxışlarını izləmək maraqlıdır. Gimnastika inkişaf edir, xüsusilə də sizin ölkənizdə. Azərbaycan gimnastlarının çıxışını izləmişəm, deyə bilərəm ki, səviyyə çox yüksəlib”. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı start götürüb.