Nazarbayev “birinci prezident” statusundan imtina etdi


Dünya 16 May 2019 17:41:00 208 0

Nazarbayev “birinci prezident” statusundan imtina etdi

Nursultan Nazarbayev Qazaxıstanın "birinci prezident"i statusunun verilməsi ilə əlaqədar "narahatlıq yaratmaq" istəmir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu Nazarbayev XII Astana İqtisadi Forumunda etdiyi çıxışda bildirib.

"Mən narahatlığa səbəb oluram. "Birinci prezident", sonra prezident deməli olursunuz. Ancaq Qazaxıstanda belə ikitərəflilik olmayacaq. Bir prezident var, başçı odur", - "Sputnik-Qazaxıstan" N.Nazarbayevdən sitat gətirib.

Nursultan Nazarbayevin sözlərinə görə, o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürə bilərdi, lakin yeni nəsil siyasətçilərə ehtiyac olduğunu düşündüyündən, bu fikrindən daşınıb.