Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb


Digərləri 16 May 2019 16:59:00 192 0

Azərbaycanda milli ödəniş sisteminin dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Azərbaycanın milli ödəniş sisteminin dövriyyəsi son 3 il ərzində 73 faiz artaraq 174 milyard manat təşkil edib

Bakı. Sara İsrafilbəyova, Xeyrəddin Nəsirzadə - Azərbaycanın milli ödəniş sisteminin dövriyyəsi son 3 il ərzində 73 faiz artaraq 174 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib. Onun sözlərinə görə, son 3 ildə Azərbaycanda nağdsız hesablaşmalarda artım müşahidə olunur. Departament direktoru qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişlənməsi üzrə Dövlət Proqramı 4 istiqamət, 16 prioritet və 60 tədbiri əhatə edir.