Avstriyada ibtidai məktəblərdə hicab qadağan olunur


Digərləri 16 May 2019 16:13:00 223 0

Avstriyada ibtidai məktəblərdə hicab qadağan olunur

Avstriya Parlamentinin Aşağı Palatası ibtidai məktəblərdə hicab geyilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Bakı. Avstriya Parlamentinin Aşağı Palatası ibtidai məktəblərdə hicab geyilməsini qadağan edən qanun layihəsini qəbul edib. Trend-in məlumatına görə, qanuna əsasən, 11 yaşadək qızların məktəbə hicab geymələri qadağan ediləcək. Qayda pozulacağı halda şagirdin valideynləri 440 avro məbləğində cərimə olunacaq.