Bakıda quldur dəstəsi evə silahlı basqın etdi


Digərləri 16 May 2019 14:40:00 235 0

Bakıda quldur dəstəsi evə silahlı basqın etdi

Bakıda mənzilə basqın olub.

Bakı. Samir Əli - Bakıda mənzilə basqın olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda baş verib. Bir qrup cinayətkar dəstə idman papaqları ilə maskalanaraq səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində qəsəbə sakini Sudabə Salayevanın evinə silahlı basqın edib. Maskalı şəxslər evdə S.Salayevanın saçından tutaraq özləri ilə silah qismində gətirdikləri ucu iti əşyanı onun boğazına dirəyib, qızıl və pul tələb ediblər. Naməlum şəxslər ondan 5100 dolları alaraq ev sahibəsinə zor tətbiq edərək hadisə yerindən qaçıblar.