Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü


Digərləri 16 May 2019 14:03:00 274 0

Göygöldə yolu keçən piyadanı avtomobil vurub öldürdü

Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 15-də saat 5 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Xəqani kənd sakini N.Şahmalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Qərənfil Qədirovanı vurub və nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Göygöl RPŞ tərəfindən araşdırma aparılır.