Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs həbs olunub


Digərləri 16 May 2019 11:32:00 185 0

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs həbs olunub

Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs həbs olunub

Bakı. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb.